EN

5 rayonun mədəniyyət idarəsinin qaz təchizatı DAYANDIRILDI

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrə təbii qazın verilişi dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, buna səbəb qurumun “Azəriqaz” İstehsalat Birliyinə külli miqdarda borcunun yaranmasıdır.

 Yaranmış borcla əlaqədar “Azəriqaz” tərəfindən məcburi tədbirlər görülüb. Nəticədə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yerləşən mədəniyyət müəssisələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Qazın kəsilməsi həmin müəssisələrin fəaliyyətinə də təsirsiz ötüşməyib. Xüsusilə yaz aylarında havaların dəyişkən keçməsi fonunda istilik və digər texniki ehtiyacların ödənilməsində çətinliklər yaranıb.///simalnews

Chosen
26
ucnoqta.az

1Sources