EN

Rusiya narahatdır: Müharibə KTMT-dən yan keçməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki böhranın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regionundan yan keçməyəcəyi barədə xəbərdarlıq edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Lavrov bu açıqlama ilə KTMT Parlament Assambleyası Şurasının iclasında çıxış edib. 

Onun sözlərinə görə, qeyri-sabitlik eyni anda bir neçə sahəyə təsir göstərir: Qəzza və Qərb sahilində (İordan çayının-red.) müharibə davam edir, Livan və Suriyada döyüşlər genişlənir və Fələstin dövlətinin perspektivləri qaranlıqdır, İsrailin rəsmi bəyanatları fonunda getdikcə daha çox xəyali təsir bağışlayır.

Chosen
48
cebheinfo.az

1Sources