EN

"Çelsi" konqolu yarımmüdafiəçi üçün danışıqlara başladı

"Sanderlend"in yarımmüdafiəçisi Noa Sadiki İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" konqolu futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tovolyeri məlumat yayıb.

Londonlular 21 yaşlı oyunçunu heyətinə qatmaq üçün artıq onun klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Sanderlend" Noa Sadikini mövsümün əvvəlində Belçikanın "Union" klubundan 17 milyon avroya transfer edib. Konqo millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Chosen
17
1
sportal.az

2Sources