EN

Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi

style='margin-bottom:10px;'>

Ötən il Moldova çempionu olan "Milsami" klubunun baş məşqçisi Vladimir Qudev istefa verib.

QOL.az xəbər verir ki, bu qərar klubun Moldova çempionatının yekun mərhələsi olan "İkinci Faza" çərçivəsində "Zimbru"ya 1:3 hesabı ilə uduzduğu uğursuz matçdan dərhal sonra qəbul edilib.

Bu məğlubiyyət klubun öz titulunu qoruya bilməyəcəyini rəsmiləşdirib. Belə ki, "Milsami" çempionluq üçün riyazi şanslarını da itirib.

Qeyd edək ki, o, bu vəzifəyə cari ilin yanvar ayının sonlarında təyin edilmişdi.

Chosen
20
1
teleqraf.com

2Sources