EN

"Qalatasaray" ulduz futbolçunu transfer etməyə yaxındır - FOTO

"Qalatasaray" növbəti transfer pəncərəsində "Mançester Siti"dən ayrılacağı rəsmiləşən Bernardo Silvanı heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı dünya ulduzu artıq uzun müddətdir ki, "sarı-qırmızılılar"ın prioritet transfer hədəfləri arasındadır.

Ancaq 31 yaşlı yarımmüdafiəçini transfer etmək asan olmayacaq, çünki rəqabət olduqca gərgindir. "Qalatasaray"la yanaşı, "Yuventus", "Barselona", "Benfika", o cümlədən Səudiyyə Ərəbistanı və MLS təmsilçiləri də ulduz futbolçunu öz sıralarında görmək üçün aktivlik nümayiş etdirirlər.

Xatırladaq ki, Bernardo Silva mövsümün sonunda 9 ildən sonra "şəhərlilər"dən ayrılmaq qərarındadır. Cari mövsüm ərzində İngiltərə nəhənginin forması ilə 45 matçda meydana çıxan təcrübəli futbolçu aktivinə 3 qol və 5 məhsuldar ötürmə yazdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
24
milli.az

1Sources