Dünya bazarında neftin qiyməti kəskin şəkildə yüksəlib.
“Əl Cəzirə” telekanalı xəbər verir ki, buna səbəb ABŞ ilə İran arasında danışıqların qeyri-müəyyən olması və Hörmüz boğazında baş verən hücumlardır.
Əsas məqamlardan biri, Brent markalı neftin qiymətinin 7 faizdən çox artaraq təxminən 94 ABŞ dollarına çatmasıdır.
İran əvvəl Hörmüz boğazının boğazının açıq olduğunu desə də, sonradan mövqeyini dəyişib. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, tərəflər arasında yeni danışıqlar planlaşdırılır. Lakin İran bu görüşlərdə iştirak etməyəcəyini açıqlayıb. Hazırda qüvvədə olan 2 həftəlik atəşkəs razılaşması sabah başa çatır. Əgər razılıq əldə olunmasa, gərginlik daha da arta bilər.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft və qaz daşımalarının böyük hissəsinin keçdiyi əhəmiyyətli marşrutdur. Buna görə də burada baş verən hadisələr qlobal enerji qiymətlərinə ciddi təsir edir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”