EN

Azərbaycandan İrana elektrik enerjisi ixracının həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İran İslamRespublikasına 5,535 milyon kVt/saat həcmində elektrik enerjisiixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdəelektrik enerjisinin ixracından əldə olunan gəlir 157 min ABŞdolları olub.

İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakıgöstərici ilə müqayisədə həcm ifadəsində 259 min kVt/saat və ya4,5%, dəyər ifadəsi ilə isə 8 min ABŞ dolları, yaxud 4,8%azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında İrandan Azərbaycana 74min ABŞ dolları dəyərində, 2,613 milyon kVt/saat həcmində elektrikenerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 6 min ABŞ dolları və ya 7,5%, həcm ifadəsində isə 202min kVt/saat və ya 7,2% azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üçölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrikenerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədəAzərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyonABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saatvə yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedənölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saatelektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6%azdır.

Məqalədə:
Chosen
2
7
az.trend.az

8Sources