EN

FIA Mayami Qran-prisi öncəsi texniki reqlamentdə geniş dəyişikliklər etdi

Beynəlxalq Avtomobil Federasiyası texniki reqlamentə edilən dəyişikliklərlə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az xəbər verir ki, qurum yenilənmiş qaydaları Dünya Avtomobil İdmanı Şurasının elektron səsverməsinə çıxaracaq. Dəyişikliklərin 3 may tarixində keçiriləcək Mayami Qran-prisinə qədər qüvvəyə minməsi gözlənilir.

Təsnifat mərhələsində dəyişikliklər

Yeni qaydalara əsasən, maksimum enerji bərpası 8 meqacouldan 7 meqacoulda endirilib. Bu, enerji yığılmasını azaltmaq və pilotların daha çox “tam qaz” rejimində hərəkət etməsinə şərait yaratmaq məqsədi daşıyır.

Eyni zamanda “super rejim”də pik güc 250 kilovatdan 350 kilovata qaldırılıb. Bu dəyişiklik həm təsnifat, həm də yarış zamanı tətbiq olunacaq.

Enerji limitlərinin azaldıldığı mərhələlərin sayı isə 8-dən 12-yə yüksəldilib ki, bu da müxtəlif tras xüsusiyyətlərini daha yaxşı nəzərə almağa imkan verəcək.

Yarış zamanı yeniliklər

Yarışlarda “boost” rejiminin maksimum gücü +150 kilovatla məhdudlaşdırılıb. Bu qərar maşınlar arasında sürət fərqlərinin kəskin azalmasına yönəlib.

Bundan əlavə, MGU-K sistemi döngə çıxışlarında və ötmə zonalarında 350 kilovat gücündə işləyə biləcək, digər hissələrdə isə 250 kilovatla məhdudlaşdırılacaq.

Start və yağış şəraitində dəyişikliklər

Start prosedurunda enerji anomaliyalarının izlənməsi sistemi tətbiq olunacaq. Problemlər aşkarlandıqda avtomatik olaraq MGU-K aktivləşəcək və sürücülərə xəbərdarlıq siqnalı veriləcək.

Yağışlı hava şəraitində isə aralıq şinlərin qızdırılma temperaturu artırılıb, enerji sistemindən istifadə azaldılıb və arxa işıqlandırma sistemi sadələşdirilib.

Chosen
32
90deqiqe.az

1Sources