EN

Çempionat matçı ləğv edildi

style='margin-bottom:10px;'>

Paraqvayın paytaxtı Asunsionda "Olimpiya" və "Serro Portenyo" komandaları arasında keçirilməli olan çempionat matçı ləğv edilib.

QOL.az xəbər verir ki, buna azarkeşlər və polis arasında baş verən şiddətli toqquşmalar səbəb olub.

Polisin yaydığı bəyanata görə, zorakılıq halları "Serro Portenyo" azarkeşlərinin bir qismi tərəfindən törədilib və bu səbəbdən təhlükəsizlik məqsədilə oyun təxirə salınıb:

"Bu hadisələrə cavab olaraq polis əməkdaşları asayişi bərpa etmək və iştirakçıların təhlükəsizliyini təmin etmək üçün dərhal hərəkətə keçiblər. Təqsirkarlar layiqli cəzalarını almaları üçün Prokurorluğa təhvil veriləcək və onların idman tədbirlərində iştirakına qadağa qoyulacaq".

Qeyd edək ki, "Olimpiya" və "Serro Portenyo" klubları, həmçinin Paragvay Futbol Assosiasiyası (APF) məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Chosen
46
2
teleqraf.com

3Sources