EN

İşıq pulunu ödəyən vətəndaşa yenə məbləğ yazıldı – “Azərişıq” açıqlama verdi

Bakı.Trend:

Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlınarazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğindəişıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borcyazılıb.

Paylaşımda qeyd olunub ki, ödəniş tam həyata keçirilsə də,sistemdə borcun qalması suallar doğurub və bu hal istifadəçitərəfindən haqsız hesab edilib.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq “Azərişıq” ASC-dənbildirilib ki, qeyd olunan əlavə məbləğ borc deyil, sabit tarifəsasında hesablanıb. Qurumdan verilən məlumata görə, bəzi hallardabu ödənişlər iki ay üzrə birləşdirilərək abonentin hesabına əlavəolunur.

“Azərişıq” ASC vurğulayıb ki, tətbiq olunan bu yanaşma mövcudqaydalara uyğundur və texniki xarakter daşıyır. Bununla belə,vətəndaşlara tövsiyə olunur ki, hər hansı anlaşılmazlıq yarandıqdaaidiyyəti qurumun müştəri xidmətlərinə müraciət etsinlər.

Chosen
16
6
az.trend.az

8Sources