EN

Gürcüstanda dörd müxalifət partiyasının fəaliyyəti qadağan edilə bilər

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Gürcü Arzusu” Gürcüstan Konstitusiya Məhkəməsinə düzəliş edilmiş iddia ərizəsi təqdim edəcək

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası dörd radikal müxalifət partiyasının fəaliyyətini qadağan etmək üçün Gürcüstan Konstitusiya Məhkəməsinə düzəliş edilmiş iddia ərizəsi təqdim edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

O qeyd edib ki, hakim partiya əvvəllər Vahid Milli Hərəkat, Dəyişiklik Koalisiyası və “Güclü Gürcüstan-Lelo” Partiyalarının bağlanması ilə bağlı Konstitusiya Məhkəməsinə iddia qaldırıb və indi siyahıya Gürcüstan Federalistləri Partiyasını da əlavə edib.

Papuaşvili bildirib ki, bu ilin mart ayında radikal müxalifət partiyaları demokratik yolla seçilmiş hakimiyyəti tanımamaq kimi strateji məqsədi bölüşdüklərini bildirən qondarma ittifaq yaratmaq barədə bəyannamə imzalayıblar.

O əlavə edib ki, "keçmiş Prezident Mixail Saakaşvilinin yaxın adamı olan Qiqa Bokeriyanın rəhbərlik etdiyi Gürcüstan Federalistləri Partiyası da bu ittifaqın bir hissəsi kimi ortaya çıxıb".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
131
ayna.az

1Sources