Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Samuxda bədbəxt hadisə baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ziyadalı kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Y.Məmmədov evin dam örtüyünü təmir edən zaman yıxılıb. Kəllə-beyin travması alan 44 yaşlı kişi xəstəxanaya çatırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.