EN

İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? EKSPERT RƏYİ FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Məlumat verdiyimiz kimi, paytaxtın İslam Səfərli küçəsində piyadalaşdırma işləri yekunlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, küçədə baş tutan təmir və yenidənqurma işlərindən sonra ərazi şəhər sakinlərinin istifadəsinə tamamilə açılıb. Lakin mütəxəssislər küçənin Qış parkına doğru olan hissəsində yaranan vəziyyətin də düzəldilməli olduğunu vurğulayır.

Nəqliyyat eksperti Anar Əliyev bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib. o bildirib ki, insan yönümlü şəhərlər üçün eynisəviyyəli keçidlər vacibdir.

İslam Səfərli küçəsi ilə Qış parkını əlaqələndirən hissədə eynisəviyyəli piyada keçidinin nəzərdə tutulması müsbət addımdır. Burada sadəcə xətləmə işləri qalıb, keçid piyadaların hərəkətini daha rahat və təbii edəcək. Bu cür həllər şəhər mühitini daha əlçatan edir və piyadanı ikinci plana atmır.

Ekspertin sözlərinə görə, şəhərdə əsas yanaşma məhz bu olmalıdır: piyada keçidləri küçə səviyyəsində təşkil edilməli, yerüstü və yeraltı keçidlər isə yalnız şəhər kənarı magistral yollarda tətbiq olunmalıdır. Çünki pilləkənli keçidlər piyadaların yolunu uzadır, əlçatanlığı azaldır və insanları çox vaxt təhlükəli şəkildə yolu keçməyə məcbur edir.

Anar Əliyev onu da qeyd edib ki, eynisəviyyəli keçidlər isə həm daha rahatdır, həm də sürücünü piyadaya qarşı daha diqqətli olmağa vadar edir. Bu, küçədə avtomobilin deyil, insanın prioritet olduğunu göstərir. Xüsusilə şəhər mərkəzində piyada axınının çox olduğu ərazilərdə bu yanaşma daha vacibdir.

Mövcud yeraltı və yerüstü keçidlərin olduğu yerlərdə də alternativ olaraq eynisəviyyəli keçidlərin yaradılması vacibdir. İnsanların seçim imkanı olduqda şəhər daha rahat, daha təhlükəsiz və daha inklüziv olur. Şəhər piyadalar üçün qurulduqda, hamı üçün daha yaşanılan olur.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
avtosfer.az

1Sources