EN

Tbilisidə “Trump Tower” tikiləcək

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tbilisidə 70 mərtəbəli göydələn “Trump Tower” tikiləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Trump Organization” məlumat yayıb.  

Binanın Saburtalodakı keçmiş hippodromun yerində mərkəzi parkın yaxınlığında tikilməsi planlaşdırılır.

Bildirilib ki, göydələn dünyanın ən böyük memarlıq firması olan “Gensler” tərəfindən layihələndiriləcək. Tikintidə ölkənin ən böyük inşaatçısı olan “Archi” də daxil olmaqla, gürcü şirkətləri iştirak edəcək.

Qeyd edək ki, “Trump Tower” “Trump Organization” qərargahının yerləşdiyi Nyu-York şəhərindəki 58 mərtəbəli binanın adıdır.

“Trump Tower” brendi altında İstanbul və Bakı da daxil olmaqla dünyanın müxtəlif şəhərlərində bir neçə başqa göydələn inşa edilib.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
yeniavaz.com

2Sources