EN

Azərbaycanda dəmir yolu ilə beynəlxalq yükdaşımaların həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatıvasitələri ilə 698,8 milyon ABŞ dolları dəyərində 1,599 milyon tonyük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 39,2 milyon ABŞ dolları və ya 5,3%,həcm ifadəsində isə 143,3 min ton və ya 8,2% azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 195milyon ABŞ dolları dəyərində təqribən 505,7 min ton yük ixracolunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 12,3 milyon ABŞ dolları və ya 6,7% çox,həcm ifadəsində isə 63,1 min ton və ya 11,1% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycana dəmir yolu nəqliyyatıilə 503,8 milyon ABŞ dolları dəyərində 1,093 milyon ton yük idxalolunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 51,5 milyon ABŞ dolları və ya 9,3%, həcmifadəsində isə 80,2 min ton və ya 6,8% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandayük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dollarıdəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eynidövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları vəya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon tonyük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyonton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dollarıdəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyardABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21%azdır.

Chosen
2
6
az.trend.az

10Sources