EN

AB və Rusiyanın raket istehsalı Müqayisə şok etdi!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya bütün Avropa Birliyi ölkələrinin birlikdə istehsal etdiyindən iki dəfə çox artilleriya mərmisi və təxminən dörd dəfə çox qanadlı raket istehsal edir.

Axar.az xəbər verir ki, bunu müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib.

"Keçən il, qanadlı raket: Rusiya - 1100, AB - 300; Ballistik raketlər: Rusiya - 900, AB - 0. Artilleriya mərmiləri: Rusiya - 4 milyon, AB - 2 milyon", - o deyib.

Avropa komissarı bu rəqəmləri "ciddi bir problem" adlandırıb və bəyan edib ki, Avropa Birliyi Rusiyanı hərbi cəhətdən effektiv şəkildə çəkindirmək istəyirsə, Rusiyadan daha çox silah istehsal etməyə başlamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
axar.az

1Sources