Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 45,197milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdəelektrik enerjisinin ixracından əldə olunan gəlir 2,576 milyon ABŞdolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyniaylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 228,4 milyonkVt/saat və ya 6 dəfə, dəyər ifadəsi ilə isə 13,018 milyon ABŞdolları, yaxud 6 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk iki ayında GürcüstandanAzərbaycana 1,2 min ABŞ dolları dəyərində, 18 min kVt/saat həcmindəelektrik enerjisi ixrac edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 21 min ABŞ dolları və ya 18,7 dəfə, həcm ifadəsində isə327 min kVt/saat və ya 19,2 dəfə azdır.
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üçölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrikenerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədəAzərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyonABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saatvə yaxud 4,1 dəfə azdır.
Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedənölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saatelektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6%azdır.