EN

Dövlət Xidməti beynəlxalq mükafatına layiq görülüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəniİrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalqsəviyyədə mühüm uğura imza atıb.

Nazirlikdən Trend-ə bildirilib ki, Dövlət Xidməti "InternationalBusiness Magazine" beynəlxalq media qurumunun 2026-cı il üzrətəşkil etdiyi müsabiqədə "Mədəni irs üzrə ən yaxşı datainnovasiyası" ("Best Cultural Heritage Data Innovation Azerbaijan")nominasiyasında qalib elan olunub.

Mükafatın Mədəniyyət Nazirliyinin yaradılmasının növbətiildönümündə (2018-ci il 20 aprel) əldə olunması bu uğura xüsusirəmzi məna qazandırır və əlamətdar tarixə mühüm töhfədir.

Adıçəkilən mükafat mədəni irsin qorunması və idarə olunmasısahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyalarıntətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görətəqdim olunur.

Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəniirs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemlişəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlərtərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanınzəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətindəgörülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri dəxüsusi qeyd olunub.

Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalqnüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətindəhəyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilənqiymətdir.

Xatırladaq ki, "International Business Magazine" tərəfindəntəşkil olunan müsabiqələrdə müxtəlif ölkələrdən dövlət qurumları,tədqiqat institutları və beynəlxalq təşkilatlar iştirak edir vəfərqlənən qurumlar mükafatlandırılır.

Chosen
58
22
az.trend.az

10Sources