Əfsanəvi alman futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, “Çesena”nın qapıçısı Conatan Klinsmann İtaliya B Seriyasının 35-ci turunda “Palermo”ya qarşı oyunda (0:2) boyun onurğasının sınığı zədəsi alıb.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb. ABŞ milli komandasının ümidverici oyunçusu əlavə vaxtda rəqib oyunçu ilə toqquşduqdan sonra meydandan xərəkdə aparılıb. O, xəstəxanaya aparılıb və müayinə zamanı başından aldığı xəsarətlə yanaşı, 29 yaşlı qapıçının boyun fəqərəsinin də sınığı aşkar edilib.
İtaliya Seriya B-nin 35 oyunundan sonra “Çezena” 44 xalla turnir cədvəlində səkkizinci yerdədir.