ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hərəkətin intensiv olduğu ərazidə yolun bir hissəsi çöküb. Bu da pik saatlarında sürücülər üçün çətinlik yaradıb.AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Salamzadə küçəsinin yardımçı yolunda, ''Xutor'' istiqamətində gedən ərazidə baş verib. İntensiv yağışlardan sonra yolda səkiyə yaxın hissə qəfildən çöküb. Sakinlər bildirirlər ki, çökmə baş verən kimi aidiyyəti qurumlara məlumat verilib. Əraziyə texnika və canlı qüvvə cəlb edilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, yağış kollektorunun təmiri və bərpası istiqamətində işlər görülür. Tam yekunlaşdıqdan sonra aidiyyəti quruma məlumat veriləcək və yol asfaltlanacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.