Moskva məhkəməsi VTB bankının keçmiş baş vitse-prezidenti Aleksandr Ter-Avanesovu dələduzluqda ittiham edərək qiyabi şəkildə həbs edib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Meşanski rayon məhkəməsinin qərarı ilə Ter-Avanesov barəsində həbs qətimkan tədbiri seçilib.
Qərara əsasən, o, Rusiyaya ekstradisiya və ya deportasiya edildiyi halda hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən və ya Rusiya ərazisində faktiki saxlanıldığı andan başlayaraq iki ay müddətinə həbs olunacaq.
Məlumata görə, Ter-Avanesova qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə qiyabi ittiham irəli sürülüb.