EN

ABŞ-nin əmək katibi Lori Çavez-Deremer Tramp administrasiyasını tərk edir

Vaşinqton, 21 aprel, AZƏRTAC

ABŞ-nin əmək katibi Lori Çavez-Deremer Tramp administrasiyasını tərk edir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin kommunikasiya direktoru Stiven Çyun bildirib ki, Çavez-Deremer özəl sektorda vəzifəyə başlayacaq.

Onun sözlərinə görə, departamentin müavini Kit Sonderlinq müvəqqəti olaraq əmək katibi vəzifəsini icra edəcək.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
78
2
azertag.az

3Sources