EN

Almaniyada cinayətlərin sayı azalıb

Bakı. Trend:

Almaniyada 2022-ci ildən sonra ilk dəfə olaraq cinayətlərinsayında azalma (6 faiz) qeydə alınıb.

Trend xəbər verir ki, bubarədə daxili işlər naziri Aleksander Dobrindt və digərhüquq-mühafizə qurumlarının rəhbər şəxsləri tərəfindən təqdimolunan cinayət statistikasında qeyd edilib.

Ötən il polis tərəfindən 5,5 milyon cinayət hadisəsi qeydəalınıb ki, bu, 5,6 faiz azalma deməkdir. Eyni zamanda, zorakılıqcinayətlərinin sayı da bir qədər azalaraq 212 min 300-ə düşüb ki,bu da əvvəlki illə müqayisədə 2,3 faiz azdır. Oğurluq hallarında da6,5 faiz azalma müşahidə edilib.

Bundan fərqli olaraq, cinsi zorakılıq cinayətlərinin sayı 8,5faiz artıb. Belə cinayətlərin sayı 14,5 minə çatıb. Qətlhadisələrinin sayında da 6,5 faizlik artım qeydə alınıb.

Chosen
3
2
az.trend.az

3Sources