EN

Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir - Tofiq Musayev

Bakı. Trend:

Azərbaycan BMT-yə üzv dövlətlər arasında Afrika ölkələrininTəhlükəsizlik Şurasında (TŞ) təmsilçiliyinin artırılması fikrinidəstəkləyir.

Trend xəbər verir ki, busözləri BMT Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi vəədalətli təmsilçilik məsələləri üzrə hökumətlərarası danışıqlarçərçivəsində BMT Təhlükəsizlik Şurasının islahatı üzrə AfrikaModelinin müzakirəsi zamanı Azərbaycanın BMT yanında Daiminümayəndəsi Tofiq Musayev deyib.

O bildirib ki, Azərbaycan Afrika ölkələri ilə sülh vətəhlükəsizlik, davamlı inkişaf və humanitar əməkdaşlıq daxilolmaqla müxtəlif sahələrdə dialoq və tərəfdaşlığınıgücləndirib.

“Biz Afrika Modelində əks olunan mövqeyi bölüşürük və hesabedirik ki, Təhlükəsizlik Şurası milli siyasi gündəlikləri irəliaparmaq üçün istifadə edilməməli və beynəlxalq sülh vətəhlükəsizliyə təhdid yaratmayan məsələlərə qarışmamalıdır. Bundanəlavə, vurğulamaq vacibdir ki, təmsilçiliyin artırılması iləyanaşı, islahatların əsas məqsədi Şuranın ümumi effektivliyini,hesabatlılığını və şəffaflığını artırmaq olmalıdır. Bu, Şuranınmüasir çağırışlara qəti və legitim şəkildə cavab verməsini vəqərarlarının tam və ardıcıl icrası vasitəsilə beynəlxalqtəhlükəsizlik arxitekturasında mərkəzi rolunu qorumasını təminetməlidir”, - deyə o qeyd edib.

Bildirib ki, veto məsələsi Təhlükəsizlik Şurası islahatlarınınəsas elementlərindən biri olaraq qalır. “Bu kontekstdə, vetonunŞuranın mandatını yerinə yetirmə effektivliyinə təsiriniqiymətləndirmək və hər hansı dəyişikliklərin yarada biləcəyiriskləri, balanssızlıqları və bərabərlik baxımından nəticələriniaraşdırmaq üçün diqqətli, dərin və müqayisəli təhlilə ehtiyacolduğunu bir daha vurğulayırıq. Biz, həmçinin Afrika Modelində yeralan və Təhlükəsizlik Şurasının iş metodlarınıntəkmilləşdirilməsinə və Baş Assambleya ilə münasibətləriningücləndirilməsinə yönəlmiş praktiki təklifləri alqışlayırıq.Afrikanın mövqeyi ilə razıyıq ki, Təhlükəsizlik Şurası və BaşAssambleya öz mandatları çərçivəsində daha sıx əməkdaşlıq etməli,qarşılıqlı məsuliyyət sahələrinə müdaxilə etmədən əməkdaşlıq vəharmonik münasibətlər qurmalıdır”,- deyə Tofiq Musayevvurğulayıb.

Chosen
53
4
az.trend.az

5Sources