Dollar üçün gizli bir təhlükə aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Mənbələrə görə, qlobal maliyyə sistemində diqqətçəkən dəyişikliklər baş verə bilər.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ dollarının mümkün çatışmazlığı fonunda alternativ valyutalara, o cümlədən Çin yuanına yönəlməyi nəzərdən keçirir.
Məlumata əsasən, bu addım xüsusilə neft və digər beynəlxalq əməliyyatlar üzrə ödəniş mexanizmlərinə təsir göstərə bilər. Ekspertlər hesab edir ki, enerji ticarətində dolların payının azalması qlobal valyuta balansında dəyişiklik yarada bilər.