EN

Hamı sizdən buna görə qaçırmış İstənilməyən şəxs olmağınızın 5 gizli səbəbi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial mühitlərdə niyə kənarda qaldığınızı heç düşünmüsünüzmü? Bəlkə də günah "başqalarında" deyil, fərqində olmadan nümayiş etdirdiyiniz o 5 vərdişdədir.

Milli.Az xəbər verir ki, müasir etiket qaydaları mütəxəssisi Riçi Friman və komandasının araşdırmasına əsasən, sizi arzuolunmaz şəxsə çevirən həmin vərdişlər bunlardır:

Müdafiə tərzi: Marağın qatili

Tənqid qarşısında dərhal hücuma keçirsiniz? Mütəxəssislərə görə, bu, inkişafın qarşısındakı ən böyük əngəldir. Həddindən artıq müdafiəçi mövqe tutmaq münasibətlərdəki "təmir mexanizmini" pozur. Halbuki tənqidə maraqla yanaşmaq həqiqi bağ qurmağa kömək edir.

Xroniki gecikmələr: Gizli hörmətsizlik

Daim gecikmək və bunu "əhəmiyyətsiz bir detal" kimi qələmə vermək, qarşı tərəfə verilən ən böyük mənfi mesajdır. Bu davranış "sizin planlarınız və enerjiniz mənim üçün maraqlı deyil" mənasına gəlir. Gecikmək hər zaman qaçılmaz olmaya bilər, lakin bunu adət halına gətirmək hörmətsizlik kimi qəbul edilir.

"Sizin şounuz": Söhbəti qəsb etmək

Danışığın mərkəzinə daim özünüzü yerləşdirməyiniz, sevilmək cəhdi olsa da, əks reaksiya verir. Kendi hekayələrinizi danışaraq bağ qurduğunuzu sanarkən, qarşı tərəf özünü söhbətin içində deyil, sizin fərdi şounuzun izləyicisi kimi hiss edir.

İstənilməyən məsləhətlər: Dəstək, yoxsa alçaltma?

Biri sizə dərdini danışarkən dərhal "bunu etməlisən" deyirsiniz? Diqqətli olun. İcazəsiz verilən məsləhətlər dəstəkləyici olmaqdan çox, qarşı tərəfə onun problemini həll edə bilməyəcəyi mesajını verir və küçümsəyici görünür. Çox vaxt problemi həll etməyə çalışmaq, o insanın çətin duyğusuna şərik olmaqdan daha asan gəldiyi üçün bu yola müraciət edilir.

Xidmət sektoruna qarşı nəzakətsizlik

Ofisiantlara, kuryerlərə və ya təmizlik işçilərinə necə davranmağınız xarakterinizin ən aydın aynasıdır. Mütəxəssislər xəbərdarlıq edir: "İnsanlar sizin cavab qaytara bilməyənlərə necə davrandığınızı dərhal fərq edirlər." Bu davranış dərin empatiya əskikliyinin ən somut sübutudur.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
29
news.milli.az

10Sources