Pirallahı rayonunda qəza olub.
"Yeni Sabah" xəbər verir ki, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı-Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram kanalımız