EN

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

Son vaxtlar yağan leysan yağışlar yaşadığımız qəsəbədə də bir sıra fəsadlar törətdi. Bir çox evlərlə yanaşı, ictimai binalara, eləcə də yol infrastrukturuna ziyan vurdu. 

Yaranmış vəziyyətlə bağlı rayon icra rəhbərləri qəsəbəyə gələrək sakinlərlə görüşdülər. Mövcud vəziyyət təhlil edildi. Leysanın fəsadlarının aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıqlar verildi, görüləcək işlər müəyyənləşdirildi.  

Çox çəkmədi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına Quşçu körpüsü qəsəbəsində əsas və ara yollarda yaranmış çatlar, çalalar və digər dağıntıların aradan qaldırılması üçün işlərə başlanıldı. Qum-çınqıl gətirilib çat yaranmış yerlərə töküldü, texnikanın köməyi ilə hətta bəzi ərazilərdə çətin keçilən yollar rahat və təhlükəsiz vəziyyətə gətirildi. Bundan başqa, su axarlarının normal fəaliyyətini təmin etmək üçün yolların kənarındakı su ötürücüləri təmizlənərək qaydaya salındı. 

Hörmətli redaksiya! İndi qəsəbəmizə gediş-gəliş tamamilə qaydaya düşüb. Sakinlər bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirirlər.

Allahverdi MURADOV,

Daşkəsən rayonunun Quşçu körpüsü qəsəbə sakini

1Sources