EN

Piyada keçidində qəza ölümlə nəticələndi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivindən keçən hissəsində “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub. Nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
37
5
cebheinfo.az

6Sources