EN

Bir gün isti, bir gün soyuq Hava şəraiti ilə bağlı gözlənilməz təhlükə

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Havaların temperaturundakı kəskin dalğalanmalar bir gün yaz istisinin, növbəti gün isə payız soyuğunun müşahidə olunması insan orqanizminin ətraf mühitlə adaptasiya mexanizmlərini ciddi təsir edir. İnsan bədəni xarici mühitdə baş verən dəyişikliklərə nə qədər sürətlə uyğunlaşa bilirsə, sağlamlıq risklərindən bir o qədər uzaq qalır. Lakin bu cür sürətli keçidlər immun sisteminin reaksiyasını zəiflədir və bədənin müqavimətini aşağı salır.Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Demokrat.az-a açıqlamasında deyib ki, havaların temperaturunun kəskin dəyişməsi adətən insanlarda müəyyən narahatlıqlar yaradır və orqanizmdə müxtəlif problemlərə səbəb olur:“İnsan orqanizmi ətraf mühitlə uyğunlaşma şəraitində fəaliyyət göstərir. Yəni ətraf mühitdə baş verən dəyişikliklərə bədən nə qədər tez adaptasiya olarsa, bir o qədər risklərdən uzaq olur. Bəzi insanların həyat tərzi ətraf mühitlə təmas baxımından zəif olur. Bu da zamanla onların immun sisteminin zəifləməsinə və reaksiyalarının azalmasına gətirib çıxarır. Aktiv həyat tərzi keçirən, həm fiziki, həm də əqli cəhətdən fəal olan insanlarda ətraf mühitə uyğunlaşma qabiliyyəti daha yüksək olur. Bu səbəbdən temperatur dəyişiklikləri onlar üçün ciddi problem yaratmır. Elə insanlar da var ki, xroniki xəstəliklərdən əziyyət çəkirlər. Bu şəxslərdə orqanizmin ümumi potensialı zəif olduğuna görə ətraf mühitə adaptasiya qabiliyyəti də aşağı olur. Xroniki xəstəliklər fonunda immun sistemində əlavə problemlər yaranır və nəticədə uyğunlaşma prosesi pozulur”. O bildirib ki, belə hallarda temperaturun kəskin dəyişməsi onlara daha çox təsir edir:“Bu təsirlər əsasən ətraf mühitlə birbaşa əlaqədə olan orqanlarda özünü göstərir. Məsələn, yuxarı tənəffüs yolları xəstəlikləri bu cür hallarda daha çox müşahidə olunur. Ümumilikdə risk qrupuna xroniki xəstəlikləri olanlar, immun sistemi zəif olan şəxslər və yaşlı insanlar daxildir. Bu insanlar temperatur dəyişikliklərinə daha həssas olurlar. Gənc və sağlam insanlar isə aktiv həyat tərzinə görə həm immun sistemlərinin güclü olması, həm də adaptasiya qabiliyyətlərinin yüksək olması səbəbindən bu dəyişiklikləri çox zaman hiss etmirlər. Lakin xroniki xəstələr və yaşlılarda uyğunlaşma qabiliyyəti zəif olduğundan belə hallara daha tez-tez rast gəlinir və bəzi hallarda ağır nəticələrə, hətta ölümə səbəb ola bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
50
demokrat.az

10Sources