EN

Trampdan gözlənilməz qərar: ABŞ 166 milyard dolları geri qaytaracaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ administrasiyası Donald Trampın prezidentliyi dövründə idxal mallarına tətbiq edilən tariflərdən toplanmış 166 milyard dolların geri qaytarılması prosesinə start verib. Bu qərar Ali Məhkəmənin həmin tarifləri qanunsuz hesab etməsindən sonra mümkün olub.

KONKRET.az xəbər verir ki,məlumata görə, tariflərdən zərər görmüş idxalçılar artıq yeni gömrük sistemi vasitəsilə vəsaitlərinin geri qaytarılması üçün müraciət edə biləcəklər.

Ümumilikdə 330 mindən çox şirkət kompensasiya almaq hüququna malikdir.

Gözlənilir ki, müraciət prosesi dərhal başlayacaq, təsdiqlənmiş ödənişlər isə faizlə birlikdə 60-90 gün ərzində həyata keçiriləcək.

Bundan əlavə, hökumət gündəlik təxminən 22 milyon dollar təşkil edən faiz ödənişlərini də qarşılamaq məcburiyyətindədir ki, bu da ümumi geri qaytarılan məbləği daha da artırır.

Qeyd edək ki, sözügedən tariflər 2020-ci ilin əvvəlində tətbiq edilmişdi və Tayvan, Meksika, Kanada kimi ölkələrdən idxal olunan malları, həmçinin Çinlə əlaqədar daha geniş ticarət siyasətini əhatə edirdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
konkret.az

2Sources