İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ prezidenti Donald Trump dəniz blokadası və atəşkəs pozuntuları ilə danışıqları “təslimiyyət masasına” çevirmək istəyir. 1news.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. O vurğulayıb ki, İran “təhdid kölgəsi altında danışıqları qəbul etmir” və son həftələrdə yeni addımlar atmağa hazırlaşır. Məlumata görə, ABŞ–İran atəşkəsi aprelin 22-də ABŞ-nin Şərq sahili vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 23 aprel 04:00) başa çatacaq. Tramp atəşkəsin uzadılması ehtimalını “son dərəcə aşağı” qiymətləndirib. Yeni razılaşma əldə olunmasa, bölgədə hərbi gərginliyin yenidən artacağı gözlənilir.