EN

Tramp İranın nüvə silahı əldə etdirməyəcəyindən əmindir

ABŞ Prezidenti Vaşinqtonun yaxın vaxtlarda Tehranın heç vaxt nüvə silahına sahib olmamasını təmin edəcək nəticəyə nail olacağına inandığını bildirib...

Poliqon xəbər verir ki, Donald Tramp ABŞ-nin yaxın vaxtlarda İrandan İslam Respublikasının heç vaxt nüvə silahına malik olmaması ilə bağlı istədiyi nəticəni əldə edəcəyinə əmin olduğunu bəyan edib. Onun sözlərinə görə, Vaşinqton Tehranı bu məsələ üzrə geri çəkilməyə məcbur edəcək və proses ABŞ-nin strateji hədəflərinə uyğun yekunlaşacaq.

Trampın bu bəyanatı ABŞ ilə İran arasında gərginliyin yüksək olaraq qaldığı və tərəflər arasında mümkün danışıqların gündəmdə olduğu bir dövrdə səslənib. Ağ Ev rəhbəri bununla Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı sərt və güzəştsiz mövqeyini bir daha nümayiş etdirib.

Müşahidəçilər hesab edirlər ki, bu cür açıqlamalar bir tərəfdən ABŞ-nin danışıqlarda təzyiq imkanlarını gücləndirməyə yönəlib, digər tərəfdən isə Tehrana siyasi mesaj xarakteri daşıyır. Eyni zamanda, belə ritorika yaxın dövrdə ABŞ-İran münasibətlərində həm diplomatik təmasların, həm də qarşılıqlı təzyiqlərin paralel şəkildə davam edəcəyini göstərir.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources