Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə yönəlmiş hücumla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək bildirib ki, 2025-ci ilin iyun ayında həyata keçirilən əməliyyat zamanı bütün hədəflər məhv edilib.
Tramp qeyd edib: “Gecəyarısı Çəkic Əməliyyatı İrandakı nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələndi. Nüvə materialının çıxarılması isə uzun və çətin bir proses olacaq.”
O, həmçinin yüksək dərəcədə zənginləşdirilmiş uranın həmin obyektlərdən çıxarılmasının vaxt aparacağını vurğulayıb.
ABŞ prezidenti əlavə olaraq CNN və bəzi digər media qurumlarını tənqid edib. Trampın sözlərinə görə, bu media orqanları əməliyyatda iştirak edən şəxslərin fəaliyyətini lazımi səviyyədə işıqlandırmayıb və qiymətləndirməyib.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.