EN

Tramp İranın danışıqları davam etdirəcəyinə əmindir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton tezliklə İranın heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verəcək.

Herbiand.az xarici məmnbələrə istinadən xəbər verir ki, Tramp bunu radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə deyib.

"Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar. Amma bu baş verdikdə, onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik. Bu, dünyanın məhvinə səbəb ola bilər və biz buna icazə verməyəcəyik".

Tramp Tehranın danışıqlar masasına oturacağına əminliyini ifadə edib, lakin əgər onlar bunu etməsələr, nəticələri barədə xəbərdarlıq edib.

"Onlar danışıqlar aparacaqlar. Əgər etməsələr, əvvəllər heç vaxt olmamış problemlərlə üzləşəcəklər".

Chosen
10
herbiand.az

1Sources