EN

Məktəbdə yandırılan şagirdin vəziyyəti açıqlandı

Ötən gün 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb.

Chosen
1
4
metbuat.az

10Sources