EN

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib..

Poliqon Azərtac-a istinadla xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
4
18
poliqon.info

10Sources