EN

Bununla da hansı məqsədə xidmət göstdiklərini ifşa etmiş oldular - Bəhruz Məhərrəmov

"Avropanın Azərbaycanla birbaşa bağlantısı yaxud ortaq marağı  olmayan, iki ölkəsinin Belçika və Niderlandın parlamentlərinin eyni gündə eyni məzmunda Azərbaycan əleyhinə  qərəzli bəyanatlar yayması bəşəri dəyərlər üçün təhdidə, oturuşmuş beynəlxalq hüquq qaydaları üçün isə qəbuledilməz presedentə yol açır.  

Əgər söhbət beynəlxlaq hüquqdan gedirsə Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini hədəf alan, terrorçuları "əsir" adlandırmaq 1949-cu il III Cenevrə Konvensiyasının timsalında beynəlxalq humanitar hüquqa təhqiridir.  Beynəlxalq hüquq terroru maliyyələşdirənləri və mülki əhaliyə atəş əmri verənləri müdafiə etmir, onları mühakimə edir. Terrorçunu müdafiə etmək, cinayətin iştirakçısı olmaq deməkdir".

Ölkə az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib. 

O bildirib ki,  Nikol Paşinyan artıq Qarabağ gündəliyindən imtina etməyin vacibliyini dilə gətirir. "Yəni, Ermənistanın özünün cari reallıqdan razı göründüyü bir məqamda regiondan 3 min km uzaqda yerləşən ölkələrin parlamentlərinin cinayətləri sübuta yetirilmiş şəxsləri 'əsir' adlandırması yaxud ermənilərin Qarabağa qayıdışı üçün "beynəlxalq təminat” barədə sərsəm tezisləri nə deməkdir?

Bəli bu yanaşma bizi hiddətləndirir, amma əsl narahat olmalı tərəf Ermənistan olmalıdır. Çünki, bölgənin sülh reallığının pozulmasına yönəli təşviq ilk növbədə Ermənistan üçün təhdiddir. Bu mənada Ermənistanın ən qısa zamanda real addımlarla, o cümlədən Aİ missiyasını öz ərazisindən çıxarmaqla məsələyə reaksiya verməli və sülhə sədaqətini sübut etməlidir",- o qeyd edib.

Deputat hesab edir ki, bu cür absurd və qarşıdurma təşviq edən qətnamə beynəlxalq hüququn aliliyinə deyil, siyasi korrupsiyaya və lobbi maraqlarına xidmət edən sənədlərdir və təbii ki, bu “aktivləşmə” yalnız Belçika və Niderland ilə məhdudlaşmır:  "Əgər bu gün Bakıya münasibətdə “insan haqları” iddiaları aktivləşirsə, “siyasi məhbus” elan edilən şəxslərin Azərbaycan əleyhinə cızma-qaralarına ayrı-ayrı ölkələrin sarı mətbuatında yer ayırılmağa başlayıbsa deməli bu hücumlar total xarakter daşıyır və həm də əslində antiazərbaycan kəsimin carəsizliyinin göstəricisidir.

Çünki, son günlərə qədər Azərbaycanın Rusiya ilə, o cümlədən ötən dövr ərzində İranla münasibətlərinin gərginləşməsinə ümid edirdilər, amma cənab İlham Əliyevin liderliyində və onun qətiyyəti ilə problemlərin çözülməsi ilə həmin o ümidlər puç oldu və göründüyü kimi yenidən əvvəlki ənənəvi mövzuya dönüblər. Sadəcə əgər əvvəllər antimilli şuranın törtöküntüləri yeganə istinad idisə, indi bu siyahı Arutunyan, Saakyan, Qukasyan, Vardanyan kimi eyni xislətli şəxslərin adı ilə genişlənib.

Amma hər səhvdə bir həqiqət parçası var, antiazərbaycan mərkəz əslində bu adamları bir siyahıda sıralamaqla onların mahiyyətcə eyni məqsədə xidmət göstdiklərini ifşa etmiş oldu".

Mürtəza

Chosen
5
1
olke.az

2Sources