EN

Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi başlayıb - Azər Qarayev

Bakı. Trend:

Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişafmərhələsi başlayıb.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın müasirtarixində yalnız hərbi qələbə ilə deyil, həm də Prezident İlhamƏliyevin rəhbərliyi ilə yeni bir inkişaf mərhələsinin başlanğıcıilə yadda qaldı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldanazad edilməsi ölkə qarşısında tamamilə fərqli və daha mürəkkəb birvəzifə qoydu. Əgər müharibə dövründə əsas məqsəd ərazi bütövlüyününbərpası idisə, müharibədən sonrakı mərhələdə bu torpaqlarda həyatınyenidən qurulması, insanların geri qayıdışı və regionun iqtisadibaxımdan dirçəldilməsi Prezident İlham Əliyev tərəfindən prioritetəçevrildi.

Azad edilmiş ərazilərin ermənilər tərəfindən salındığıvəziyyətinin ilk görüntüləri bu vəzifənin nə qədər çətin olduğunuaçıq şəkildə göstərirdi. Şəhərlər tamamilə dağıdılmış, kəndlərxəritədən silinmiş, sosial və iqtisadi infrastruktur məhvedilmişdi. Ağdam, Füzuli, Cəbrayıl kimi şəhərlər faktiki olaraqxarabalıqlara çevrilmişdi. Bu mənzərə yalnız fiziki dağıntınıdeyil, eyni zamanda illərlə dayandırılmış həyatın nəticəsini əksetdirirdi.

Bu reallıq Azərbaycanı klassik bərpa modelindən daha fərqliyanaşma seçməyə vadar etdi və bu yanaşma Prezident İlham Əliyevinirəli sürdüyü inkişaf strategiyasına əsaslanır. Qarabağda həyatakeçirilən proses sadəcə yenidənqurma deyil, əslində sıfırdanquruculuq layihəsidir. Bu baxımdan son illərdə bu regionda görülənişlər təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqətləizlənilir", - o bildirib.

Onun sözlərinə görə, müharibədən dərhal sonra Qarabağda qarşıyaçıxan əsas problemlərdən biri mina təhlükəsi idi. Ərazilərin böyükhissəsi minalarla və partlamamış hərbi sursatlarlaçirkləndirilmişdi. Bu isə yalnız insanların geri qayıdışınıgecikdirmirdi, eyni zamanda tikinti və bərpa işlərinin başlanmasınıda çətinləşdirirdi.

"Mina problemi Qarabağın bərpasında ən ciddi maneələrdən biriolaraq qalır. Çünki hər qarış torpaq potensial risk daşıyırdı və burisk aradan qaldırılmadan nə yaşayış məntəqələri tikmək, nə dəiqtisadi fəaliyyət qurmaq mümkün idi. Bu səbəbdən mina təmizləməişləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi vəbu gün də davam edir. Eyni zamanda, ilkin mərhələdə infrastrukturunbərpası həyati əhəmiyyət daşıyırdı. Elektrik enerjisi, su təminatıvə yol infrastrukturu olmadan regionda heç bir fəaliyyət mümkündeyildi. Bu səbəbdən ilk illərdə əsas diqqət məhz bu sahələrəyönəldildi. Müvəqqəti elektrik xətləri çəkildi, su mənbələri bərpaedildi və əsas nəqliyyat yollarının tikintisinə başlanıldı. Budövrdə dövlət idarəçiliyində də yeni yanaşmalar tətbiq olundu.Qarabağın bərpası ilə bağlı müxtəlif qurumların fəaliyyətiniəlaqələndirmək üçün xüsusi mexanizmlər yaradıldı. Bu koordinasiyasayəsində layihələrin icrası daha sistemli və sürətli şəkildəhəyata keçirilməyə başladı", - o bildirib.

A.Qarayev qeyd edib ki, Qarabağın dirçəlişində əsas rol oynayanamillərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövləttərəfindən ayrılan böyük maliyyə vəsaitləridir. Son illərdə buərazilərin bərpası və inkişafı üçün 17 milyard manatdan artıqinvestisiya yönəldilib. O cümlədən, 2020-ci ildə 55 milyon manat,2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat,2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyardmanat maliyyə vəsaiti ayrılıb. Bu rəqəm regionda həyata keçirilənlayihələrin miqyasını aydın şəkildə göstərir.

"Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinəyönəldilib. Yolların tikintisi, körpülərin salınması, tunellərinqazılması və enerji sistemlərinin qurulması bu investisiyalarınəsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, yaşayışbinalarının tikintisi, sosial obyektlərin yaradılması və sənayesahələrinin inkişafı da bu prosesin mühüm hissəsidir. Qarabağınbərpası yalnız cari ehtiyacların ödənilməsi məqsədi daşımır. Buproses uzunmüddətli strategiya əsasında həyata keçirilir. Məqsəd buregionu gələcəkdə Azərbaycanın iqtisadi inkişaf mərkəzlərindənbirinə çevirməkdir. Bu baxımdan həyata keçirilən bütün layihələrdayanıqlı inkişaf prinsiplərinə uyğun planlaşdırılır", - obildirib.

Onun sözlərinə görə, Qarabağın bərpasında Azərbaycanın dost vətərəfdaş ölkələri də xüsusi rol oynayır.

"Belə ki, buraya Türkmənistan Xalq Məsləhətinin Sədri QurbanquluBerdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin inşa edilməsi,Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə inşa olunanKurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərindəÖzbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası,Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstandövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasınıninşası, Türkiyə şirkətlərinin Qarabağın ərazisində onlarlalayihələrdə iştirak etməsi, Belarusun kənd təsərrüfatı şəhərciyininyaradılmasında rolu və bir sıra digər layihələri aid etmək olar.Burada, təbii ki, əsas amillərdən biri də Prezident İlham Əliyevinsözügedən ölkələrin liderləri ilə olan münasibətləridir", - obildirib.

Politoloq vurğulayıb ki, Qarabağın inkişafında nəqliyyatinfrastrukturu xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində buərazilərdə yollar tamamilə yararsız hala düşmüşdü. Müharibədənsonra isə bu sahədə genişmiqyaslı işlərə başlanıldı.

"Dövlət başçısının rəhbərliyi altında azad edilmiş ərazilərdəartıq 3000 kilometrdən artıq avtomobil yolu inşa edilir. Bu yollarregionun əsas şəhər və kəndlərini bir-biri ilə birləşdirir vəQarabağın Azərbaycanın digər bölgələri ilə əlaqəsini təmin edir.Dağlıq ərazilərdə tikilən tunellər və körpülər isə mühəndislikbaxımından mürəkkəb olsa da, regionun inkişafı üçün həyatiəhəmiyyət daşıyır. Bununla yanaşı, Qarabağda üç beynəlxalq havalimanının tikilməsi regionun inkişafına əlavə təkan verib. Füzuli,Zəngilan və Laçın hava limanları artıq istifadəyə verilib və buhava limanları regionun həm iqtisadi, həm də turizm potensialınıartırır. Bu obyektlər Qarabağın beynəlxalq nəqliyyat xəritəsindəyer almasına imkan yaradır", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Qarabağda aparılan bərpa işlərinin əndiqqətçəkən xüsusiyyətlərindən biri müasir şəhərsalmaprinsiplərinin tətbiqidir. Burada yalnız köhnə şəhərlərin bərpasıdeyil, eyni zamanda yeni urbanizasiya modelinin yaradılması həyatakeçirilir.

"Artıq 8 şəhər üzrə baş planlar təsdiqlənib və onlarla yaşayışməntəqəsi üzrə layihələr hazırlanıb. Bu planlar hazırlanarkənekoloji tarazlıq, enerji səmərəliliyi və texnoloji inkişaf kimiamillər əsas götürülür. Bu yanaşma Qarabağın gələcəkdə müasir vəinnovativ regiona çevrilməsinə şərait yaradır. Zəngilan rayonununAğalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi bu sahədənümunəvi modeldir. Bu layihə çərçivəsində tətbiq olunantexnologiyalar kənd təsərrüfatından tutmuş enerji təminatına qədərmüxtəlif sahələri əhatə edir. Bu isə göstərir ki, Qarabağda qurulanmodel yalnız şəhərlərlə məhdudlaşmır, kənd yerlərində də müasiryanaşmalar tətbiq olunur.

Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun"yaşıl enerji zonası" elan edilməsi regionun inkişafistiqamətlərini müəyyən edən əsas qərarlardan biridir. Bu yanaşmahəm ekoloji baxımdan, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsbedir. Hazırda Cəbrayıl rayonunda iri günəş elektrik stansiyasınıntikintisi davam edir. Şəfəq Günəş Elektrik Stansiyasınınsəhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla,layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiyayatırılması nəzərdə tutulur.

Bununla yanaşı, digər bərpa olunan enerji layihələri dəplanlaşdırılır. Kiçik su elektrik stansiyalarının bərpası və yenienerji obyektlərinin tikintisi regionun enerji potensialınıartırır. Bu strategiya Qarabağın gələcəkdə enerji istehsalındamühüm rol oynamasına imkan verəcək. Eyni zamanda bu yanaşmaAzərbaycanın ümumi enerji siyasətinə uyğun şəkildə həyatakeçirilir", - o bildirib.

Politoloq qeyd edib ki, Qarabağda iqtisadi aktivliyin artmasıdövlət tərəfindən yaradılan əlverişli biznes mühiti ilə sıxbağlıdır. Sahibkarlar üçün təqdim olunan vergi və gömrükgüzəştləri, kredit subsidiyaları və digər dəstək mexanizmləriregiona investisiya axınını artırır.

"Dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad edilmişərazinin rezidentinə bir sıra vergi və gömrük güzəştləri vəazadolmaları təklif edilir. Buraya 2023-cü il yanvarın 1-dənetibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq vəsadələşdirilmiş vergidən azad olması; müvafiq iqtisadi fəaliyyətsahələri və mal nomenklaturaları üzrə texnikanın, texnolojiavadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dənazad olması; müvafiq iqtisadi fəaliyyət sahələri və malnomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların vəqurğuların, habelə xammal və materialların idxalı – 2023-cü ilyanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad olması;hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azadolması; fiziki şəxs olan istehlakçılar tərəfindən mehmanxana vəhotellərdə göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsızqaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5faizi geri qaytarılması. Həmçinin istehsal fəaliyyəti ilə məşğulolan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətindəhər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi,təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti)tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faiziməbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımıödənilir. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasındaartıq bir sıra müəssisələr fəaliyyətə başlayıb. Bu müəssisələrregionda yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafınsürətlənməsinə səbəb olur.

Qarabağın yenidən qurulması prosesində infrastruktur və iqtisadilayihələr nə qədər mühüm rol oynayırsa, insan amili də bir o qədərhəlledici əhəmiyyət daşıyır. Əslində, bütün bu quruculuq işlərininəsas məqsədi insanların doğma torpaqlarına qayıdışını təmin etməkvə onların normal həyat şəraitini bərpa etməkdir. Bu baxımdanPrezident İlham Əliyevin sərəncamı ilə başladılmış "Böyük Qayıdış"proqramı Qarabağın dirçəliş strategiyasının mərkəzində dayanır. Sonillər ərzində on minlərlə keçmiş məcburi köçkün artıq Qarabağaqayıdıb. Bu qayıdış mərhələli şəkildə həyata keçirilir və hər birköç prosesi ciddi planlaşdırma əsasında təşkil olunur. İnsanlarıngeri dönüşü yalnız evlərin tikilməsi ilə məhdudlaşmır. Bu proseseyni zamanda iş yerlərinin yaradılmasını, sosial xidmətlərin təminedilməsini və ümumilikdə yaşayış üçün zəruri bütün şəraitinformalaşdırılmasını tələb edir. Qayıdan ailələrin həyatınabaxdıqda, burada artıq yeni sosial mühitin formalaşdığını görməkmümkündür. Müasir evlər, abad küçələr, təmiz su, dayanıqlı enerjitəminatı və digər imkanlar insanların uzun illərdən sonra öztorpaqlarında rahat yaşamasına şərait yaradır", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Qarabağda həyatın yenidən qurulmasıyalnız yaşayış binalarının tikilməsi ilə yekunlaşmır. Sosialinfrastrukturun yaradılması bu prosesin ayrılmaz hissəsidir.Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosialobyektlərin tikintisi insanların normal həyat şəraitinə qayıtmasıüçün vacibdir.

"Yeni tikilən məktəblər müasir standartlara cavab verir və ənson texnologiyalarla təchiz olunur. Bu məktəblərdə təhsil alanuşaqlar artıq əvvəlki nəsillərdən fərqli olaraq daha keyfiyyətlitəhsil alma imkanına malikdir. Bu isə gələcəkdə regionun insankapitalının formalaşmasında mühüm rol oynayacaq. Səhiyyə sahəsindədə ciddi irəliləyişlər müşahidə olunur. Yeni xəstəxanalar və tibbməntəqələri əhalinin tibbi xidmətlərə çıxışını təmin edir. Buobyektlər yalnız ilkin tibbi yardım göstərmək üçün deyil, eynizamanda daha geniş xidmət spektrini əhatə etmək üçün nəzərdətutulub. Prezident İlham Əliyev bu obyektlərin bir çoxununaçılışında şəxsən iştirak edir. Bu da onu göstərir ki, burada başverən bütün proseslər dövlət başçısının daim nəzarətindədir", - obildirib.

Politoloqun fikrincə, Qarabağa qayıdan insanların qarşısındaduran əsas məsələlərdən biri məşğulluqdur. Dövlət bu sahədəmüxtəlif proqramlar həyata keçirərək insanların işlə təminolunmasına çalışır. Özünüməşğulluq proqramları, peşə hazırlığıkursları və əmək yarmarkaları bu istiqamətdə əsas alətlərdənbiridir.

"Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuşərazilərimizə köçürülən sakinlər üçün həmin ərazilərdə indiyədək 27əmək yarmarkası təşkil olunub. Sakinlərin əmək bazarınıntələblərinə uyğun peşə bacarıqlarının artırılması məqsədiləAgentlik tərəfindən onlar üçün kənd təsərrüfatı, tikinti, sənaye,xidmət və s. sahələr üzrə peşə hazırlığı kursları da təşkil edilir.Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərəköçürülən sakinlərindən artıq 356 şəxsi peşə kurslarına cəlb edib.Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rolamalik olması ilə seçilir. Mərkəzdə 50-dək peşə istiqaməti üzrə peşəkursları təşkil olunur. İşğaldan azad edilmiş ərazilərdəməskunlaşaraq işləyən mütəxəssislər və işəgötürənlər üçünstimullaşdırıcı dəstək paketi də icra olunur. Həmin mütəxəssislərbirdəfəlik müavinətlə (600 manat), hər il 5 gün əlavə məzuniyyətlə,aylıq vəzifə maaşına əlavələrlə təmin edilirlər. Həmçinin qeydedilən ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindənişçilər üçün ödənilən sosial sığorta haqlarının dövlət büdcəsininvəsaiti hesabına subsidiyalaşdırılması işləri və s. dəaparılır.

Minlərlə insan artıq müxtəlif sahələr üzrə işlə təmin olunub.Kənd təsərrüfatı, tikinti, xidmət sektoru və sənaye sahələriməşğulluğun əsas istiqamətlərini təşkil edir. Bu isə regiondaiqtisadi aktivliyin artmasına səbəb olur. Xüsusilə kəndtəsərrüfatının bərpası Qarabağ üçün böyük perspektivlər vəd edir.Uzun illər istifadəsiz qalmış torpaqların yenidən əkin dövriyyəsinəcəlb olunması regionun iqtisadi potensialını artırır. Bu sahədətətbiq olunan müasir texnologiyalar məhsuldarlığın yüksəlməsinəşərait yaradır.

Qarabağ yalnız iqtisadi deyil, həm də mədəni və turizmbaxımından böyük potensiala malikdir. Şuşa şəhəri bu baxımdanxüsusi yer tutur. Tarixi abidələrin bərpası və şəhərin yenidənqurulması nəticəsində Şuşa tədricən regionun mədəni mərkəzinəçevrilir. Turizm sahəsində aparılan işlər Qarabağın gələcəkdəölkənin əsas turizm istiqamətlərindən birinə çevriləcəyinigöstərir. Dağlıq relyef, təbii gözəlliklər və zəngin tarix buregionu turistlər üçün cəlbedici edir. Eyni zamanda dini və tarixiabidələrin bərpası milli irsin qorunması baxımından mühüm əhəmiyyətkəsb edir. Bu proses yalnız memarlıq nümunələrinin bərpası deyil,həm də tarixi yaddaşın yenidən canlandırılması deməkdir", -politoloq bildirib.

Onun sözlərinə görə, Qarabağın dirçəlişi prosesi nə qədər uğurluolsa da, bu yol tamamilə problemsiz deyil.

"Ən ciddi problemlərdən biri hələ də mina təhlükəsininqalmasıdır. Bu məsələ həm insanların təhlükəsizliyinə, həm dəiqtisadi fəaliyyətin genişlənməsinə təsir göstərir. Azərbaycan buistiqamətdə genişmiqyaslı işlər həyata keçirir, ərazilərin mina vəpartlamamış sursatlardan təmizlənməsi üçün sistemli tədbirlərgörülür. Bununla yanaşı, prosesin daha sürətli və effektivaparılması üçün beynəlxalq tərəfdaşların texniki və maliyyə dəstəyidə xüsusi əhəmiyyət daşıyır", - o bildirib.

A.Qarayev bildirib ki, Qarabağda həyata keçirilən layihələrgöstərir ki, bu region yalnız bərpa olunmur, eyni zamanda gələcəyininkişaf modeli burada formalaşdırılır.

"Müasir texnologiyaların tətbiqi, "yaşıl enerji" strategiyası vəinnovativ şəhərsalma yanaşmaları Qarabağı Azərbaycanın ən qabaqcılbölgələrindən birinə çevirə bilər. Bu gün Qarabağda görülən işləryalnız dağıdılmış ərazilərin bərpası deyil. Bu, həm də Prezidentİlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi və sosial modelinqurulmasıdır. Bu model gələcəkdə digər regionlar üçün də nümunə olabilər. Qarabağın dirçəlişi Azərbaycanın son illərdə həyatakeçirdiyi ən böyük və ən əhəmiyyətli layihələrdən biridir və buproses dövlət başçısının şəxsi nəzarəti altında davam etdirilir.Prezident İlham Əliyev azad edilmiş ərazilərə mütəmadi səfərləredir, burada həyata keçirilən layihələrlə yerində tanış olur, yeniinfrastruktur və sosial obyektlərin açılışlarında iştirak edir,eyni zamanda Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdansakinlərlə görüşür.

Bu proses yalnız maddi resursların deyil, həm də siyasiiradənin, strateji baxışın və xalqın iradəsinin nəticəsidir. Bu günQarabağda baş verən dəyişikliklər göstərir ki, dağıntıdan müasir vəinkişaf etmiş region yaratmaq mümkündür. Qarşıda hələ çox iş var,lakin artıq atılan addımlar bu yolun düzgün seçildiyini sübut edir.Qarabağ tədricən yalnız keçmişin ağrılarını deyil, həm də gələcəyinümidlərini özündə birləşdirən bir məkana çevrilir", - politoloqəlavə edib.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources