Bakının Zığ dairəsi-Hava Limanı yolunda 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Busaat.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Xatırladaq ki, ötən gün hava şəraiti ilə əlaqədar olaraq sözügedən yolda sürət həddi endirilmişdi.