EN

Uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılması təklif edilir


Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı ilə bağlı təkliflər irəli sürüb.
Yeniavaz.com 
xəbər verir ki, Ombudsman Aparatının yaydığı məlumatda son illər Azərbaycanda istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır.
"İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub", - məlumatda deyilir.
Chosen
21
13
yeniavaz.com

10Sources