SEPAH iddia edir ki, Hörmüz boğazında tətbiq edilən məhdudiyyətlərə baxmayaraq onlarla gəmi blokadanı keçə bilib...
Poliqon xəbər verir ki, SEPAH Lloyd's məlumat bazasına istinadən bildirib ki, İran ilə əlaqəli 20-dən çox tanker və yük gəmisi ABŞ tərəfindən Hörmüz boğazında tətbiq olunduğu iddia edilən dəniz blokadasını keçməyə nail olub.
Məlumata görə, İranın “kölgə donanması” ilə əlaqələndirilən azı 26 gəmi blokada xəttini aşaraq marşrutunu davam etdirib. Bildirilir ki, həmin gəmilər müxtəlif logistika və naviqasiya üsullarından istifadə etməklə bölgədə hərəkəti davam etdiriblər.
Eyni zamanda Fars agentliyi “Trackers” adlı tankerin də blokada xəttini yardığını yazıb. Gəmi İran Milli Neft Daşıma Şirkəti-nə məxsusdur. Tanker 2026-cı ilin mart ayının sonunda İrandan yola düşərək Riau arxipelaqı istiqamətinə hərəkət edib.
Mənbələrin iddiasına əsasən, tanker burada 2 milyon barel xam neft boşaltdıqdan sonra geri qayıdıb və yenidən blokada xəttini keçərək vətənə doğru istiqamət alıb. Gəminin aprelin 22-də Xark adasına çatacağı gözlənilir.
Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazında enerji daşımaları ətrafında yaranan gərginlik dünya neft bazarlarına birbaşa təsir göstərir. İran tərəfinin bu cür açıqlamaları isə bölgədə geosiyasi qarşıdurmanın davam etdiyini göstərir.
Poliqon.info