EN

Parisdən uçuruma: Azərbaycan cüdosu niyə geriləyir?

Cüdo üzrə Azərbaycan millisi üçün fiasko davam edir. Paris Olimpiadasında iki qızıl medal qazanan yığmamız elə o gündən bəri düşə-düşə gedir, indi də uçurumun ən dibindədir.

Hər növbəti turnir bizim üçün daha da amansız keçir. Ötən gün başa çatan Avropa çempionatı isə komandamız üçün sadəcə biabırçılıq adlandırılmalıdır.

Zurna-qavalla, hay-küylə Tiflisə yollanan milli komanda absurd şəkildə uğur qazanıbmış kimi göstərilməyə çalışılır. Lakin rəqəmlərin pis bir xasiyyəti də var ki, onlar heç vaxt yalan söyləmir. 15 cüdoçu ilə yollandığımız turnirdən cəmi 4 (!) medalla ayrılıb, üzüsulu Vətənə qayıtdıq.

Bunlardan da heç birinin əyarı qızıl olmadı. Yalnız biri gümüşdür, digərləri isə bürünc. Kosovo, İsrail, Macarıstan kimi cüdo ölkəsi olmayan yığmalardan da geri qaldıq. 

Anlaşılmayan durum budur ki, mətbuatda yazılanları oxuduqca elə təsəvvür yaranır ki, millimiz Gürcüstanda medal, daş üstündə daş, gövdə üstündə baş qoymayıb, bütün çəki dərəcələrində birinci olub.

Hanı Olimpiya çempionlarımız? Mətbuatın üstünə “xod” gedən, müsahibə verməyən idmançılar yarışlarda niyə yoxa çıxırlar?

Uğurların uzunömürlülüyü ilə sabitlik heç bir mütənasiblik təşkil etmir. Uğur hansısa əzm və mübarizə üzərində sağlam təməllərlə inşa edilməyib. Sadəcə anlıq motivasiya, kiçikçaplı, vizyonsuz maddi məqsədlər üçün bu işə qol qoyan idmançılar şişirdilir,şişirdilir, axırda da belə partlayır. Elə ona görə də bir dəfə çempion olan idmançını döşək üzərində itiririk, Gömrük Xidmətinin hansısa postunda, çiynində poqon olan yerdə tapırıq.

Yəqin edirəm ki, burada əsas problem federasiyadadır. PR işləri, media üçün əlçatanlığı, mətbuata diqqətləri, hamısı əla, ulduzlu 5. Bəs işin idman tərəfi? Yəni bir psixoloq, ya məşqçi yoxdur ki, cüdoçuları eyforiyadan çıxarsın? Üzərindən 2 il keçib, amma Hidayət Heydərov hələ də özünü dünyanın ən güclüsü sayır. Zelim Kotsoyev isə, nə bilim. Olimpiya çempionu qadağan olunmuş fənddən istifadə edir. Ya həqiqətən də bunu bilmir, ya da ağlı döyüşdə deyil, kimono yerinə hansısa qurumda zabit mundiri geyinməkdədir.

Tutaq ki, Azərbaycan Cüdo Federasiyası idmançıları yarışa kökləyə bilmir. Yaxşı, alınmır da, məcbur deyil ki. Bəs onda niyə digər gənclərə şans verilmir? Niyə hər dəfə eyni adlar? Məgər ölkədə başqa cüdoçu yoxdur, ya yetişdirə bilmirik?

Bacarmırıqsa, cüdo ölkəsi olmadığımızı qəbullanaq. Bu növdən ciddi uğur gözləməyək. Yox, problem başqadırsa, federasiya rəsmilərini başqa kadrlar əvəzləsin, görək, elə nə göstərir...

AÇ: Hidayət Heydərov gümüş medal qazandı - YENİLƏNİB

Turan Bayramovdan bürünc: Günü 2 medalla tamamladıq

Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Balabəy Ağayev Avropa çempionatında finala çıxa bilməyib

Cüdo üzrə Liqa yarışının I turuna start verilib

Chosen
5
1
apasport.az

2Sources