EN

BƏT Fars körfəzində gəmilərin təxliyə planını hazırlayır

Beynəlxalq Dəniz Təşkilatı bölgədə yüzlərlə gəminin təhlükəsiz çıxarılması üzrə ssenariləri müzakirə edir...

Beynəlxalq Dəniz Təşkilatı Fars körfəzində yerləşən yüzlərlə ticarət gəmisinin mümkün təxliyəsi ilə bağlı fəaliyyət planı üzərində işləyir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, təşkilatın baş katibi Arsenio Dominqes Sinqapur Dəniz Həftəsi çərçivəsində bildirib ki, plan yalnız bölgədə gərginliyin azalmasının açıq əlamətləri yaranacağı halda tətbiq oluna bilər. Onun sözlərinə görə, hazırda təhlükəsiz çıxış mexanizmləri və koordinasiya məsələləri müzakirə olunur.

Hazırlanan sənəddə gəmilərin hansı ardıcıllıqla hərəkət edəcəyi, hansı marşrutlardan istifadə olunacağı və ekipajların döyüş zonasındakı qalma müddətinin nəzərə alınacağı qeyd edilir. Prioritetlərin müəyyənləşdirilməsi zamanı humanitar və təhlükəsizlik meyarlarının əsas götürüləcəyi bildirilir.

Keçidin İran və Oman tərəfindən təklif edilən, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 1968-ci ildə qəbul olunmuş gəmi hərəkətinin ayrılması sxemi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bu sistem dar dəniz keçidlərində təhlükəsiz və nizamlı hərəkəti təmin etmək məqsədi daşıyır.

Hazırda təşkilat sahilyanı dövlətlər, eləcə də gəmilərin qeydiyyatda olduğu bayraq dövlətləri ilə sıx əməkdaşlıq edərək planın son detallarını razılaşdırır. Ekspertlər hesab edirlər ki, belə bir təşəbbüs enerji və ticarət daşımalarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources