EN

“42,9 milyon manatlıq səmərəsiz xərclər ciddi həyacan siqnalıdır” DEPUTAT SƏRT DANIŞDI

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hesablama Palatasının 2025-ci il hesabatı göstərir ki, problemlər var və sistemli şəkildə həllini gözləyir”.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Razi Nurullayev deyib:

“6.7 milyard manatlıq vəsaitin audit olunması fonunda yüz milyonlarla manatlıq pozuntu, maliyyə təhrifləri və səmərəsiz xərclərin aşkarlanması onu deməyə əsas verir ki, dövlət maliyyəsinin idarə olunmasında olan boşluqlarla ciddi mübarizəni daha da gücləndirməliyik.

414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər əslində ciddi həyacan siqnalıdır və Hesablama Palatasına səmərəli və sistemli işi üçün təşəkkürümü bildirirəm. Narahatedici məqam isə odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir və konkret məsuliyyət doğuran haldır.a

Amma ciddi sual da var: bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən bunu çox gözəl başa düşürəm və bilirəm ki, Bakı da bir günə tikilməyib. Zamanla hər şey düzələcək. Əsas odur ki, mərhələ-mərhələ də olsa biz irəliyə doğru ciddi addımlar atmaq istəyirik. 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır. 

Xüsusilə narahatlıq doğuran məqamlardan biri də 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərardır. Bu vəsaitlərin bərpası istiqamətində konkret tədbir görülməməsi, əvəzində ödənişlərin dayandırılması qərarının verilməsi sosial baxımdan mübahisə doğuran məsələdir. Burada səhvin nəticəsinin vətəndaşın üzərinə qoyulması abi-havası yaranır”.

Deputat əlavə edib ki, dövlət vəsaitlərinin daha səmərəli idarə olunması üçün şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmini gücləndirməliyik ki, bu rəqəmlər növbəti illərdə də təkrarlanmasın:

“Biz növbəti illər üçün pozuntuların aşkarlanması ilə yanaşı konkret məsuliyyət, açıq hesabatlılıq və ictimaiyyətə təqdim olunan real nəticələr üzərində də ciddi şəkildə işləməliyik. Milyonlarla manatlıq pozuntuların sadəcə statistika olaraq qalmasını heç birimiz istəmərik”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
8
icma.az

3Sources