EN

ABŞ Çin rəqabəti və Azərbaycanın strateji mövqeyi

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın Şərqdə baş verən proseslər yalnız regional deyil, eyni zamanda qlobal iqtisadi və geosiyasi balanslara birbaşa təsir göstərir. Belə mürəkkəb şəraitdə böyük güclərin davranışları və strateji prioritetləri daha aydın görünməyə başlayır. 

"The Washington Post" yazır ki, ABŞ və İsrailin Iran ətrafında hərbi fəallığı Çində ciddi narahatlıq doğurur. Bunun əsas səbəbi Pekinin enerji asılılığı, xüsusilə Hörmüz boğazı üzərindən keçən resurslara ehtiyacıdır. Eyni zamanda, Çin mövcud qlobal sistemdən faydalandığını anlayır və sabit ticarət mühiti, açıq marşrutlar və işlək bazarların qorunmasında maraqlıdır. Pekin yaranmış vəziyyəti emosional reaksiyalar üçün deyil, iqtisadi və texnoloji gücünü artırmaq üçün istifadə edir. 

Çin yaşıl enerji, sənaye texnologiyaları və istehsal sahələrində artıq qlobal liderliyə yaxın mövqe qazanıb. Pekin tərəfindən yuanın qlobal valyutaya çevrilməsi istiqamətində irəli sürdüyü təkliflər isə ABŞ dollarının dominant mövqeyinə uzunmüddətli təhdid kimi qiymətləndirilir. 

Ümumilikdə, Çin reputasiya qazanmaqdan daha çox, real güc balansını öz xeyrinə dəyişməyə fokuslanır və bu proses davam edərsə, gələcəkdə qlobal liderliyə iddia edə bilər.

Araşdırmaçılar hesab edirlər ki, bu fonda Azərbaycan da mühüm oyunçuya çevrilir. Ölkə həm Çin üçün Orta Dəhlizin əsas halqası, həm də Birləşmiş Ştatlar üçün enerji və regional balans baxımından vacib tərəfdaşdır. 

Xüsusilə İran ətrafındakı gərginlik və Hörmüz boğazı ilə bağlı risklər regionun əhəmiyyətini daha da artırır. Bununla yanaşı, Rusiya amilinin davam etməsi Azərbaycan üçün balanslı və çoxvektorlu siyasəti zəruri edir. 

Nəticə etibarilə, ABŞ-Çin qarşıdurması Azərbaycan üçün həm risklər, həm də mühüm imkanlar yaradır. Düzgün strategiya ilə ölkə yalnız enerji ixracatçısı kimi deyil, həm də Avrasiya məkanında əsas tranzit və geosiyasi qovşaqlardan birinə çevrilə bilər.

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
qaynarinfo.az

1Sources