EN

Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq 129 nomrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 129 nömrəli məktəbin direktoru, müəllimləri və uşaqlar iştirak edib.

Tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.

Bakı Şəhər BPİ DYPİ-nin əməkdaşı polis kapitanı Pərvanə Muradova uşaqlara yol hərəkəti qaydalarına dair ətraflı məlumatlar verib, slayd və əyani vasitələrlə nişanlar nümayiş etdirilib. Uşaqlarla maarifləndirici dialoqlar aparılıb, suallar cavablandırılıb.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
avtosfer.az

1Sources