EN

Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri Lənkəranda konsert proqramı ilə çıxış edib

ain.az, Azertag saytına istinadən bildirir.

Lənkəran, 21 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.

Kollektiv Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində səhnəyə çıxaraq tamaşaçılara zəngin və rəngarəng musiqi axşamı bəxş edib. Konsert proqramında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri – Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi, Rauf Hacıyev və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.

Müxbir - İlkin Adıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
azertag.az

2Sources