Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 21-də yola salınan növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 92 ailə olmaqla, 332 nəfər keçmiş məcburi köçkün Ağdam şəhərinə - doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.