EN

Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirilib - FOTO

Bu gün Bakı Kitab Mərkəzində mərhum ictimai-siyasi xadim, "Bakılı oğlanlar" komandasının sabiq kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunan “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbir görkəmli ictimai-siyasi xadimin vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunub.

Anar Məmmədxanovun zəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq məqsədi ilə təşkil olunmuş tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də onu yaxından tanıyan şəxslər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Xalq artisti Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək dostluqlarından, birgə fəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib.

Mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək onun həyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb.

Xalq yazıçısı Elmira Axundova isə Anar Məmmədxanovun həyatına həsr olunmuş “Kapitanın taleyi” əsəri barədə məlumat verib. O bildirib ki, kitab artıq Azərbaycan dilinə tərcümə edilib.

Milli Məclisin deputatı Səməd Seyidov çıxışı zamanı Anar Məmmədxanovun dərin vətən sevgisindən, yüksək intellektindən və təşkilatçılıq bacarıqlarından bəhs edərək onun ictimai həyatda oynadığı rolu xüsusi qeyd edilib.

Tədbirdə çıxış edənlər arasında Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq baba olduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığını bildirib. Eyni zamanda atasının vətənə bağlılığından danışaraq Azərbaycanın bayrağını daim uca tutmağın vacibliyini vurğulayıb.

Millət vəkili Asim Mollazadə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də çıxış edərək Anar Məmmədxanovun zəngin irsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər.

Kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı Anar Məmmədxanovun əzmkarlığından və böyük şəxsiyyət olmasından danışıb.

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayiş olunub.

Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar Anar
Chosen
48
apa.az

1Sources